Aeroport yolunda zəncirvari qəza: Yaralanan var  - FOTO
16 mart 2024 03:26 (UTC +04:00)

Aeroport yolunda zəncirvari qəza: Yaralanan var - FOTO

Bakının Sabunçu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, üç avtomobilin toqquşması ilə nəticələnən qəza aeroport yolunda qeydə alınıb.

Hadisə BMW və iki “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzada bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən yolda sıxlıq yaranıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3904

Oxşar yazılar