Aeroport şossesində avtomobil piyadanı vurdu
22 yanvar 2023 23:07 (UTC +04:00)

Aeroport şossesində avtomobil piyadanı vurdu

Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə aeroport şosesinin Suraxanı qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.
1990-ci il təvəllüdlü Səfərov Fikrət Mejdim oğlu şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb. Ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

# 1458
avatar

Oxşar yazılar