Azərbaycan Dövlət Neft və Sənaye Universiteti cərimələnib.
Lent.az-ın məlumatına görə, universitetə məxsus avtomobil yol polisi tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Tərtib olunan cərimə protokolu baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.
Həmin maddə əsasında ali təhsil ocağını 300 manat cərimə gözləyir.