Adil Qeybulla Tofiq Yaqublu ilə görüşdü - FOTO
11 yanvar 2023 17:08 (UTC +04:00)

Adil Qeybulla Tofiq Yaqublu ilə görüşdü - FOTO

Tanınmış həkim Adil Qeybulla həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb.

Lent.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat paylaşıb. Onun sözlərinə görə, həkim T. Yaqublunun təzyiqinin 80-60-a düşdüyünü bildirib:

"Adil Qeybulla dedi ki, oturub qalxanda atamın başgicəllənmələri olur, özünü çox halsız hiss edir. Təsəvvür edin indi o qədər arıqlayıb ki, son aclıqda belə heç bu qədər arıqlamamışdı. Həkim qeyd edir ki, Tofiq Yaqublu dərhal xəstəxanaya köçürülməsə, hər an səhhətində geridönməz hal baş verəcək".

Qeyd edək ki, T. Yaqublu dekabrın 23-də 30 sutkalıq həbs edilib. İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə barəsində protokol tərtib olunub. T. Yaqublu son günlər saxlanıldığı müvəqqəti saxlanılma məntəqəsində aclıq aksiyası keçirir.

# 1434
avatar

Oxşar yazılar