Abşeronda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.
20 yaşlı Paşayev İlkin Sabit oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 58 yaşlı Tanarverdiyeva Nərminə Hüseyn qızını vurub. Nəticədə qadın hadisə yerində keçinib. Məlumata görə, piyada avtobus dayanacağına getmək üçün yolu keçirmiş.
Faktla bağlı cinayət işi açılıb.