Abşeronda maşın dərəyə aşdı: 1 ölü, 2 yaralı var
12 avqust 2023 15:19 (UTC +04:00)

Abşeronda maşın dərəyə aşdı: 1 ölü, 2 yaralı var

0

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 10-da saat 22 radələrində Aşağı Güzdək qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini A.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sürücü və 2 sərnişini xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. A.Hacıyev avqustun 11-də orada ölüb.

Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2816

Oxşar yazılar