Abşeronda kişi faciəli şəkildə öldü
21 yanvar 2022 10:16 (UTC +04:00)

Abşeronda kişi faciəli şəkildə öldü

0

Abşeronda kişini elektrik cərəyanı vurub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 19-u saat 14 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 40 yaşlı Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1523

Oxşar yazılar