Abşeronda ƏMƏLİYYAT:  iranlı ilə əlbir olan tutuldu - VİDEO
29 avqust 2024 18:28 (UTC +04:00)

Abşeronda ƏMƏLİYYAT: iranlı ilə əlbir olan tutuldu - VİDEO

Abşeronda narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 31 yaşlı Elçin Əlizadə saxlanılıb.

Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə “Instaqram”da tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar