Abşeronda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivi 6-cı küçədə qeydə alınıb.
60 yaşlı Hüseynov Hümbət Yəhya oğlunun meyiti yaşadığı evdə, qonşuluqda yaşayan oğlu tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü isə bəlli deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.