29 iyun 2021 21:52 (UTC +04:00)
Abşeron rayon sakini dənizdə boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Novxanı çimərliyində qeydə alınıb.
Saray qəsəbəsi sakini, 1998-ci il təvəllüdlü Həşimov Məhərrəm Həşim oğlu dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.