Bu gün axşam saatlarında Şəki-Qax yolunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmbərçay kənd sakini, 1954-cü il təvəllüdlü Fikrət Sadıq oğlu Əhmədov yük maşını tərəfindən vurulub.
Ağır bədən xəsarətləri alan Fikrət Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.