Bakının Nizami rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə martın 18-i, saat 19:30 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında olub. 27 yaşlı Bakı sakini Şeydayev Fərid Seymur oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə yolu keçmək istəyən 24 yaşlı Bədələov Elman Ceyhun oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi açılıb, ibtidai istintaq davam etdirilir.