Samux rayon sakinlərindən narkotik maddələr götürülüb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbiri keçiriblərə.
Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan kokain və tramadol həbi, eləcə də sərnişini, həmyerlisi E.Qarayevdən heroin, metadon, metamfetamin, 1 ədəd saxta olması ehtimal olunan 100 manatlıq pul əskinası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
E.Qarayevin yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 114 qramdan artıq marixuana götürülüb.