Gəncədə karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib. Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.