Xəstəxana adı ilə evdən çıxan qız itkin düşdü
05 may 2020 12:28 (UTC +04:00)

Xəstəxana adı ilə evdən çıxan qız itkin düşdü

Yasamal rayonu, Y.Dağlı küçəsində yaşayan 56 yaşlı Tağıyev Zaur Ağabala oğlu mayın 2-də, saat 15 radələrində evdən çıxıb bir daha geri qayıtmayıb.

Lent.az-ın məlumatına görə, faktla bağlı rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Digər itkin düşmə hadisəsi Göygöl rayonunda baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Quşqara kəndində yaşayan 20 yaşlı Süleymanova Ayşən Əşrəf qızı mayın 4-də, saat 11:30-da Gəncədəki "DNK Clinik" xəstəxanasına getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Zülfiyyə Süleymanova DİN-nin "102 zəng mərkəzi"nə və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı Gəncə şəhəri, Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2205
avatar

Mehman Nəbiyev

Oxşar yazılar