Xudat Polis Bölməsinə yeni rəis təyin olunub.
Lent.az-ın məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.
Nazirin əmri ilə polis mayoru Vüqar Hacıyev Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub. O, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.