UEFA dünyanı bürüyən koronavirus epidemiyasının yaratdığı çətin vəziyyətdən çıxış yollarının müzakirə olunacağı tarixi açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qurum martın 17-də milli assosiasiyaların nümayəndələri ilə videomüşavirə təşkil edəcək.
Həmin görüşdə həm daxili, həm də qitəmiqyaslı turnirlərin taleyi müzakirə olunacaq. Tədbirdə 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin, həmçinin Çempionlar Liqası və Avropa Liqası ilə bağlı müzakirələr aparılacaq.