Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsini bir il icra edəcək.
APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Türkiyə dövlətinin 2019-cu il iyunun 12-də BMT Baş Assambleyasının Prezidenti vəzifəsini icra etməsilə bağlı Volkan Bozkırın namizədliyini irəli sürüb.
Bu müraciət fevralın 27-də təsqdilənib.
Qeyd edək ki, BMT Baş Assambleyasının Prezidenti vəzifəsi bu beynəlxalq təşkilatda ən nüfuzlu vəzifələrdən biridir. Volkan Bozkır bu il sentyabrın 15-də vəzifəsinə rəsmən başlayacaq və Türkiyəli siyasətçi BMT Baş Assambleyasının 75-ci sessiyasına rəhbərlik edəcək.