Daha bir Türkiyə vətəndaşında koronovirus (COVİD 19) müayinəsinin nəticələri pozitiv çıxıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
Nazir bildirib ki, bu şəxs Türkiyədə koronovirus aşkarlanan ilk xəstənin yaxın qohumlarından biridir.
Bununla da, Türkiyə rəsmi dairələri ikinci şəxsdə koronovirus olduğunu təsdiqləyib.