Tovuzda bir ailənin 5 üzvü zəhərlənib
12 aprel 2020 21:29 (UTC +04:00)

Tovuzda bir ailənin 5 üzvü zəhərlənib

 

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yanıqlı nümayəndəliyinin Məşədilər kəndində qeydə alınıb.

Bir ailənin beş üzvü - 1957-ci il təvəllüdlü Əhmədova Xanım Sabir qızı, 1986-cı il təvəllüdlü Əhmədov Taleh Əli oğlu, 1995-ci il təvəllüdlü Cəfərova Aysel Cümşüd qızı, 2014-cü il təvəllüdlü Əhmədov İlkin Taleh oğlu və 2015-ci il təvəllüdlü Əhmədov Nihat Taleh oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri qənaətbəxş hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar