Oğuz rayonunda taxta sexi yanıb.
Fövaqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində həyətyanı sahədə ümumi sahəsi 60 m² olan qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki plastik materiallar yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.