Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev şəxsi avtomobillərdən istifadə məsələsinə aydınlıq gətirib.
APA-nın məlumatına görə, o deyib ki, Bakı, Sumqayıt və Abşeron arasında avtomobillərin sərbəst hərəkətinə icazə verilib: "Eyni zamanda bölgələrin daxilində də avtomobillərin hərəkətinə icazə var".