Bərdədə quldurluq hadisəsi olub.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, cari il yanvar ayının 6-da rayonun Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirilərək “VAZ-2106” markalı avtomobili quldurluq yolu ilə alınıb.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.