Evlənmək istməyən 22 yaşlı qız nişanlısını qətlə yetirib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eskişəhərin Aşağıçağlan məhəlləsində qeydə alınıb. 22 yaşlı Zəhra.A. evlənmək istəmədiyi nişanlısı Əmrah Öztürkə meşədə bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
Məlumata görə, nişanlısına meşədə sürpriz edəcəyini bildirərək gözlərini bağlamasını istəyib. Əvvəlcə qarnına, yerə yıxılana qədər isə digər nahiyələrindən bıçaqla zərbələr vurub. Nişanlısının ölmədiyini görən Zəhra.A. bundan sonra onun boğazını kəsib.
İfadəsi alındıqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilən gənc qızın əvvəlki nişanlısını da bıçaqladığı bildirilir.