Rusiya Federasiyası Buryatiya Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Azərbaycanda xidməti ezamiyyətdə olublar. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, nəticədə, Buryatiyada cinayət törətmiş 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Onlar qətldə, qarətdə və digər cinayətlərdə ittiham olunurlar.
Məlumata görə, onlar uzun müddət axtarışda olublar. Saxlanılanlardan biri isə bu müddət ərzində soyadını belə dəyişibmiş.