Rusiyalı turistlər Gürcüstanda qar uçqunu altında qaldı
16 fevral 2020 01:50 (UTC +04:00)

Rusiyalı turistlər Gürcüstanda qar uçqunu altında qaldı

0

Gürcüstanın Qudauri xizəksürmə istirahət mərkəzində bir qrup rusiyalı turist qar uçqunu altında qalıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə istirahət mərkəzindən bildirilib. 

Xilasetmə tədbirləri zamanı qar altından üç rusiyalı turist xilas edilib. Digər bir nəfərin axtarışı davam etdirilir.

Qudauri xilasetmə xidmətindən bildirilib ki, sözügedən turistlər heç bir qoruyucu vasitələrdən istifadə etmədən qadağan olunmuş ərazidə xizək sürüblər. Nəticədə qar uçqunu ilə üzləşərək, həyatlarını itiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2246

Oxşar yazılar