Rusiya Federasiyası Çinə humanitar yardım olaraq 2 milyon tibbi maska və lazımi dərman vasitələri göndərib.
APA-nın məlumatına görə bunu çərşənbə axşamı Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov “Birinci Kanal”da açıqlamasında deyib.
O bildirib ki, tibbi ləvazimatlarla yanaşı, kifayət qədər keyfiyyətli geyimlər də göndərilib.
Manturov əlavə edib ki, Rusiyanın özündə tibbi maskalara tələbat tam şəkildə ödənilir və heç bir qiymət artımından söhbət gedə bilməz: ”"Tibbi maskaların qiymətinin artırılması ilə bağlı səsləndirilən fikirlər qəbuledilməzdir. Müəssisələrimizin istehsal etdiyi miqdara gəlincə, biz əhalinin tələbatını tam ödəyirik”.
Nazirin sözlərinə görə, zərurət yarandığı halda tibbi maskaların istehsalı gündə 1,2 milyondan 1,5 milyona qədər artırıla bilər.