Türkiyənin Antalya vilayətində psixi durumu yerində olmayan şəxs qətl törədib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, qanlı hadisə şəhərin Manavqat qəsəbəsində qeydə alınıb.
46 yaşlı ruhi xəstə Erdal Kuran evdə atası İsmayıl Kuranı bıçaqla öldürüb, anası Emine Kuranı isə yaralayıb. O, anasını yaralayandan sonra çölə çıxaraq, “Atamı öldürdüm, anamı da yaraladım” deyə qışqırmağa başlayıb.
Əraziyə gələn hüquq-mühafizə orqanları Erdal Kuranın sol ayağına vuraraq, onu zərərsiz hala gətirib. O. ilkin tibbi yardımdan sonra dövlət xəstəxanasına yerləşdirilib.