Rayondan gəldi, Bakıda maşın vurub öldürdü
17 fevral 2020 10:12 (UTC +04:00)

Rayondan gəldi, Bakıda maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 16-da, saat 20 radələrində Nəsimi rayonu A.Mustafayev küçəsində qeydə alınıb. Qusar rayon sakini, 33 yaşlı Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Balakən rayon sakini, 34 yaşlı Əlixan Bayramovu vurub. 

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520
avatar

Oxşar yazılar