Bakının Nizami rayonunda quldurluq baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2019-cu il oktyabrın 9-da Bakı şəhər sakini Z.Novruzova qarşı quldurluq edilib. Həmin gün A.Manafov küçəsində 2 nəfər onu bıçaqla hədələyərək mobil telefonunu alıb.
Bu barədə zərərçəkmiş Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.