Qısqanclığa görə yenə qan töküldü
06 aprel 2020 12:39 (UTC +04:00)

Qısqanclığa görə yenə qan töküldü

Saatlıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 4-ü, səhər saat 5 radələrində şəhərin C.Cabbarlı küçəsində baş verib. Naməlum şəxs rayonun Mustafabəyli kənd sakini 38 yaşlı Zeynalov Asim gülmalı oğlunun qarn nahiyəsinə bıçaqla xəsarət yetirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən rayonun Qırağlı kənd sakini Qasımov Nurlan Alim oğlunun gizləndiyi yer müəyyən olunaraq saxlanılıb. O, verdiyi ifadəsində hadisəni qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı törətdiyini etiraf edib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Mehman Nəbiyev

Oxşar yazılar