Qarlı yolda qalan 5 nəfər xilas edildi - VİDEO
12 fevral 2020 15:59 (UTC +04:00)

Qarlı yolda qalan 5 nəfər xilas edildi - VİDEO

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Qarlı yolda batıb qalan avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383

Oxşar yazılar