Qardaşının öldürdüyü polislə bağlı TƏFƏRRÜAT
25 fevral 2020 14:26 (UTC +04:00)

Qardaşının öldürdüyü polislə bağlı TƏFƏRRÜAT

Bakıda polisin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 20 radələrində Nəriman rayonunda, 19-ci Polis Şöbəsinin yaxınlığındakı yaşayış binasında baş verib. Belə ki, kiçik qardaş Araz Ramazanov aralarında yaranan mübahisə zamanı qardaşı, polis əməkdaşı olan Anar Ramazanovu bıçaqla qorxudub. Ancaq ehtiyatsızlıqdan bıçaq onun ürək nahiyəsinə dəyib. Çağırılan  təcili tibbi yardım briqadası zərərçəkmişin vəziyyəti ilə bağlı ilkin yardım etməkdən çəkiniblər və o, 5 nömrəli şəhər xəstəxanasına aparılıb. Hadisə baş verən zaman iki qardaşdan əlavə onların anası da evdə olub.

Qeyd edək ki, mərhumun valideynlərinin vəzifəli şəxslər olduğu bildirilir. Qətl hadisəsinin dəqiq baş vermə səbəbi isə hələ ki, məlum deyil.

***

Saat: 13:07

Daxili İşlər Nazirliyi polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edib.

Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - Araz Ramazanov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Anar Ramazanov Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı olub.

Saat: 09:24

Bakıda bıçaqlanma ölümlə nəticələnib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu M. Nağıyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 28 yaşlı Araz Ramazanov qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 31 yaşlı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3745
avatar

Mehman Nəbiyev

Oxşar yazılar