Qapıları döyüb kömək istədi, tək qalıb...
18 may 2020 19:55 (UTC +04:00)

Qapıları döyüb kömək istədi, tək qalıb...

Türkiyənin Antalya vilayətində qan donduran hadisə baş verib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 45-50 yaşlarında olan kişi 8 mərtəbəli binada sakinlərin qapılarını döyərək onlardan kömək istəyib. Ev yiyələri isə onu tanımadıqları üçün qapını açmasalar da, sonradan binanın həyətindəki səs-küyə çölə çıxıblar.

Bayaqdan kömək istəyən şəxsin yerdə uzandığını görən sakinlər dərhal təcili yardıma zəng vurublar. Hadisə yerinə gələn təcili yardım və polis işçiləri onun öldüyünü müəyyən ediblər.

Bina sakinləri polisə ölən şəxsin əvvəlcə qapıları döyüb kömək istədiyini deyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6313
avatar

Mehman Nəbiyev

Oxşar yazılar