Gəncədə soyğunçuluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, fevralın 19-da Gəncə şəhər sakini E. Əhmədovanın yaşadığı binanın dəhlizində boynunda olan 3200 manat dəyərində qızıl boyunbağını açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis İdarəsi əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam şəhər sakini 26 yaşlı Əyyub Razimco və Bərdə şəhər sakini 23 yaşlı Surxay Həsənov şübhəli şəxs qismində maddi sübutla birlikdə saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf edərək boyunbağını Bərdə şəhərində 2330 manata satdıqlarını və əldə etdikləri pulu xərclədiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.