Bakının Nizami rayonunda soyğunçuluq edilib.
Lent.az xəbər verir ki, martın 17-də, saat 22:15-də rayonun R.Rüstəmov küçəsində naməlum şəxs 45 yaşlı T.Gərayevanın içərisində 104 manat pul, mobil telefon, ətir, qulaqcıq və şəxsiyyət vəsiqəsi olan çantasını talama yolu ilə əlindən alıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və rayon mühafizə əməkdaşlarının “isti izlər”lə birgə keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törədən Cəlilabad rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş 31 yaşlı Şahin Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.