Bakı sakininin yük avtomobili oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 14-də saat 2 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən Müşfiqabad qəsəbə sakini S.Əhmədova məxsus “Zil” markalı avtomobil qaçırılıb. Bu barədə 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qobustan rayon sakinləri Y.Ağayev və Q.Qədirov qeyd edilən avtomobillə birgə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil veriliblər.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır