Daha bir futbolçunun koronavirus xəstəliyinə yoluxduğu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Bornmut”un qapıçısı Artur Boruçun verdiyi testlər müsbət nəticələnib.
40 yaşlı qolkiperlə yanaşı, Premyer Liqa təmsilçisinin 4 işçisində bu xəstəlik aşkarlanıb. Bu səbəbdən klub karantinə alınacaq.
Vəziyyətin gərginləşməsi Premyer Liqa rəhbərliyini hərəkətə gətirib. Qurum bu gün təcili iclas çağırıb. Həmin toplantıda bütün oyunların aprelin 4-dək təxirə salınması gözlənilir.