Bakıda saxta əskinas satanlara qarşı əməliyyat keçirilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.