Polis müşahidəçini döyüb? - RƏSMİ CAVAB
11 fevral 2020 15:56 (UTC +04:00)

Polis müşahidəçini döyüb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən video görüntülər paylaşılıb. 

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələyə münasibət bildirib:

“Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq  həmin şəxsi nizam-intizama dəvət edib və ondan məntəqəni tərk etməsini tələb ediblər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib. 

Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisinə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar