Aprelin 6-da saat 20 radələrində Xətai rayonu, Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.