Tvitter və İnstaqram hesablarına sahib olan Roma Papası Fransis müasir dünyada çox sayda insanın "rəqəmsal narisizm"dən əziyyət çəkdiklərinə dair fikir səsləndirib.
APA-nın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə “Vatikan News” xəbər yayıb.
Papa bunun gənclərə və böyüklərə aid olduğunu deyib: “Onlar yaşadıqlarını düşünürlər. Əslində onlar artıq daxilən ölüdürlər”.
O, gənclərin sosial şəbəkələrə həddən artıq aludə olmalarından narahatlığını ifadə edib.