Dünyada qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası şəraitində Milli Onkologiya Mərkəzinin əməkdaşları, o cümlədən şüa müalicəsi və tibbi fizika şöbələrinin kollektivi bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radioterapiya apaılmasında fasilə verməyiblər.
e-tibb.az xəbər verir ki, bu barədə Milli Onkologiy Mərkəzinin (MOM) Şüa müalicəsi şöbəsinin rəhbəri, professor İsa H. İsayevin məqaləsində bildirilir.
Qeyd olunub ki, xəstələrin və tibb personalının virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimuma endirilməsi nəzərə alınmaqla apaılan şüa müaicəsinin həyata keçirilməsində dünyanın apaıcı klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO,ESTRO və s.) hazırlanmış müfafiq alqoritmlər, onların təcrübələrindən geniş istifadə edilir.
Bu məsədlə Atom Enerjisi üzrə Beynəlxal Agentlik (İAEA) tərəfindən “COVİD 19 və Radioterapiya şöbələrinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik (COVID-19 Preparedness for Radiotherapy Departments: Towards Consensus on Best Practices)” mövzusunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin həkimləri və tibbi fiziklərinin də iştirak etdiyi beynəlxalq vebinar (onlayn konfrans) keçirilib.
Dünyanın bütün qitələrindən 1200-dən çox mütəxəssisin (radioterapevt və tibbi radiasion fiziklər) iştirak etdiyi vebinarı aparmaqda məqsəd COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütəxəssislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olub.
Vebinarda olduqca çətin pandemiya şəraitində çalışan italiyalı həkim Dr.Pierfrancesco Franco çıxışı böyük maqala izlənilib.
Onlayn konfransda şüa müalicəsinə göstəriş olan xəstələdə radioterapiyanın fərdi və situasion faktorları nəzərə olmaqla apaılma vaxtının seçilməsinin müzakirəsində yekdilliklə qəbul olunmuşdur ki, şüa müalicəni o halda təxirə salına bilər ki, bu konkret xəstənin müalicəsinin effektivliyinə mənfi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə xəstələrin şüa müalicəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır.
Virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimuma endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir. Birincili və ya müalicəyə davam edən xəstələrin seçimində tibbi göstərişlərə uyğun prioritet qoyuluşu, xəstələrin sayının məhdudlaşdırılması məsələləri müzakirə edilib.
Paneldə xəstələrin, tibb personalının və digərlərinin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, telemedisinadan istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin müalicəsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Konfransda bədxassəli şiş prosesinin lokalozadiyası, mərhələsi və s. digər faktları nəzərə almaqla mövcud şüa müalicəsi protokollarına (doza-texnika-fraksiya) dəyişiklik edilməsi, hipofraksiyalı radioterapiya rejimlərinə üstünlük verilməsi, avadanlıqlara texniki xidmət, klinik tədqiqatlardakı xəstələr də daxil olmaqla radioterapiya təcrübəsində mümkün ola bilən modifikasiyaları müzakirə edilib. Eyni zamanda, mütəxəssislər tibb personalı və xəstələr üçün psixoloji dəstək problemləri ətrafında fikir mübadiləsi aparıblar.
Bütün iştirakçılar yekdilliklə bu qərara gəliblər ki, onlayn konfranlar gələcəkdə də mütəmadı olaraq həyata keçirilsin.
Qeyd olunub ki, dünyanın aparıcı klinikaların radiason onkoloq və tibbi radiasion fiziklərinin iştirakı ilə həyata keçirilən fikir mübadiləsi (vebinar) mürəkkəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mərkəzinin əməkdaşlarınındaha səmərəli işləməsinə boyük dəstək olacaq.