Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Xidmətin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir