Ötən gün  3 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT
11 aprel 2020 13:04 (UTC +04:00)

Ötən gün 3 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT


Daxili İşlər Nazirliyi Şabranda 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 10-da saat 22.00 radələrində Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində şəhər sakini B.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar