Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.
“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə məlumatda qeyd olunub.
***
saat 19:05
"Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır".
Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
"Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur”, - deyə A. Təvəkküloğlu vurğulayıb.