Oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub
27 fevral 2020 10:36 (UTC +04:00)

Oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub

Bakıda köşkdən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, fevralın 21-də Şəmsi Bədəlbəyli küçəsində T. Məhərrəmova aid köşkün soyuducusundan 200 manatlıq içki oğurlanıb. 

Nəsimi Rayon Polis İdarəsinin  23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan N. Əliyev tutulub.

Faktla araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Mehman Nəbiyev

Oxşar yazılar