Fevralın 23-də Nəsimi rayonu ərazisində 2 avtomobildən pul oğurlanıb, 2 avtomobildən isə oğurluğa cəhd edilib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılıb.
Digər oğurluq hadisəsi Cəlilabad rayonunda baş verib.
Oğurluq etdiyinə görə tutulan İ.Dadaşovun ətrafında rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onun rayon ərazisindəki evlərin birindən pul, “VAZ-2107” markalı avtomobildən akkumluyator, 5 həyətyanı sahədən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.