Şəmkirdə oğurluğa görə tutulanların digər əməlləri də üzə çıxıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində təmir-tikinti alətlərini oğurlanıb.
RayonPolis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Şiştəpə kənd sakinləri Q.Abdullayev, əvvəllər məhkum olunmuşlar - N.Xəlilov və R.Əliyev saxlanılıblar.
Şəxsi axtarış zamanı N.Xəlilovdan 24 qramdan artıq, Şiştəpə kəndi ərazisində yerləşən qəbiristanlıqda gizlətdiyi 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.
R.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Sabirkənd kəndi ərazisində quraşdırılmış “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus radio-baza stansiyasından 60 metr elektrik naqilini kəsərək oğurlaması da müəyyən edilib.