Aprelin 12-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mənzil istismar sahəsinə məxsus istixanadan 1000 manat dəyərində su mühərriki və vintil oğurlamağa cəhd edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisəni törətmək istəyən qəsəbə sakinləri Z.Zamanov və qardaşı saxlanılaraq 30-cu Polis Şöbəsinə təhvil veriliblər.